Çində milli təhlükəsizliyi təhdid edən şəxslər haqqında məlumat verənlərə görə 100.000 yuan (15.000 dollar) və daha çox məbləğdə pul mükafatı veriləcək. Bu barədə Editor. az CNN-ə istinadən xəbər verir.
Xəbərə görə, Dövlət Təhlükəsizliyi Nazirliyinin dərc etdiyi yeni qaydalara əsasən, uğurlu məlumat verənlər ya sertifikat şəklində “mənəvi mükafat”, ya da pul şəklində “maddi mükafat” ala bilərlər.
Nağd pul mükafatları xəbərin əhəmiyyətindən asılı olaraq 10.000 yuandan (1500 ABŞ dolları) 100.000 yuana (15.000 ABŞ dolları) qədər dörd səviyyəyə bölünəcək.
Donoslar əvvəllər dövlətə məlum olmayan hərəkətlər və ya iştirakçılar haqqında konkret məlumatlardan ibarət olmalı, şəxsən, onlayn, poçtla və ya milli təhlükəsizlik orqanının “qaynar xətt”i vasitəsilə təqdim edilməlidir.
Məlumatda o da qeyd olunur ki, uzun illərdir ki, xüsusilə də Si Cinpinin dövründə Çin hakimiyyəti ictimaiyyəti xarici casuslar və onların çinli işbirlikçiləri haqqında mükafatlar vəd etməklə əməkdaşlığa təşviq edir.
Editor.az

