Çin Xarici İşlər Nazirliyi: ABŞ-ın bizə mühazirə oxumağa haqqı yoxdurbackend

Çin Xarici İşlər Nazirliyi: ABŞ-ın bizə mühazirə oxumağa haqqı yoxdur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çin Xarici İşlər Nazirliyi ABŞ-ın Rusiyaya silah satışı ilə bağlı “mühazirə oxumağa haqqı olmadığını” bildirib.

Editor.az bildirir ki, bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Venbin deyib. Onun sözlərinə görə, döyüş meydanlarına davamlı silah axını təmin edən Çin deyil, ABŞ-dır: “Amerika tərəfinin Çinə mühazirə oxumağa haqqı yoxdur və biz heç vaxt ABŞ-ın Çin-Rusiya münasibətlərini diktə etməsinə və hətta təzyiq göstərməsinə imkan verməyəcəyik.

Kim dialoqa və sülhə çağırır, kim bıçaq verir və qarşıdurmaya təşviq edir?” – deyib. Vanq Venbin əlavə edib ki, Çin Ukraynadakı “münaqişənin” həlli üçün “sülhə çağırmaqda və danışıqları irəlilətməkdə” davam edir və “vəziyyətin deeskalasiyasına və soyumasına kömək etməkdə konstruktiv rol oynamağa” qərarlıdır.

  //Samir Qurbanov, Editor.az