Çin Xarici İşlər Nazirliyi: Çin qlobal dəyişikliklər fonunda müstəqil xarici siyasət yürüdəcəkbackend

Çin Xarici İşlər Nazirliyi: Çin qlobal dəyişikliklər fonunda müstəqil xarici siyasət yürüdəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çinin xarici işlər naziri Qin Qanq bildirib ki, beynəlxalq aləmdə baş verən böyük dəyişikliklər qarşısında Çin hakimiyyəti müstəqil siyasət yürüdəcək.

Editor.az TASS-a istinadən xəbər verir ki, nazir bu barədə müvafiq bəyanatla ölkənin əsas danışıqlar və qanunvericilik orqanlarının bu həftə Pekində illik sessiyaları zamanı keçirdiyi mətbuat konfransında çıxış edib.

Diplomat həmçinin diqqətə çatdırıb ki, Çin Xalq Respublikası həmişə dünyada sülhün qorunmasına və mövcud beynəlxalq asayişin qorunmasına kömək edəcək.

Xatırladaq ki Bundan əvvəl Çinin Avropa İttifaqındakı daimi nümayəndəsi Fu Konq demişdi ki, Pekin Ukrayna ilə bağlı digər ölkələrin mövqelərini kor-koranə izləməyəcək. O qeyd etmişdi ki, Çinin böyük dövlət kimi özünün müstəqil xarici siyasəti var. Eyni zamanda, bundan əvvəl Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Xarici Əlaqələr Komitəsinin ofisinin rəhbəri Vanq Yi ABŞ hegemonluğuna qarşı mübarizəni Çin diplomatiyasının əsas nailiyyəti və vəzifəsi kimi dəyərləndirib.

//Gülnarə Abasova, Editor.az