Çin XİN-dən ABŞ-a xəbərdarlıq: “Qırmızı xətti keçməyin”backend

Çin XİN-dən ABŞ-a xəbərdarlıq: “Qırmızı xətti keçməyin”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çinin xarici işlər naziri Vanq Yi ABŞ-ı Çinin qırmızı xətlərini keçməməyə çağırıb.

Editor.az RİA “Novosti”yə istinadən xəbər verir ki, o, bunu ABŞ-ın dövlət katibi Entoni Blinkenlə görüşündə deyib.

Nazirin sözlərinə görə, ÇXR-in tələbləri ardıcıldır və həmişə əsas maraqlara qarşılıqlı hörmətin tərəfdarıdır. “Birləşmiş Ştatlar Çinin daxili işlərinə qarışmamalı, Çinin inkişafına mane olmalı və Çinin suverenliyi, təhlükəsizlik və inkişaf maraqları ilə bağlı Pekinin qırmızı xətlərini keçməməlidir”, – diplomat bildirib.

Qeyd edək ki, ABŞ nümayəndəsinin Çinə işgüzar səfəri aprelin 24-də Şanxaya səfəri ilə başlayıb. Xarici işlər nazirinin aprelin 26-dək Çində qalacağı qeyd edilib. Aprelin 25-də Rusiya Federasiyası xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib ki, Blinkenin Çinə səfəri Rusiya-Çin münasibətlərini sarsıtmaq məqsədi daşıyır.

//Gülnarə Abasova, Editor.az