Çinin xarici işlər naziri Yanq Yi Fələstin və İsrail arasında silahlı münaqişənin daha da pisləşməsinin qarşısının alınmasının vacibliyini vurğulayıb.
Editor.az xarici mediaya istinadla xəbər verir ki, o, Fələstin ilə İsrail arasında sülh dialoqunun bərpa edilməli olduğunu bildirib.
Çin rəsmiləri də Fələstin və İsrail arasında silahlı münaqişənin yaratdığı humanitar fəlakətin daha da pisləşməsinin qarşısının alınmasını zəruri hesab etdiklərini açıqlayıblar.
Vanq Yi daha əvvəl bildirmişdi ki, Fələstin məsələsi “iki xalq üçün iki dövlət” prinsipi əsasında həll edilməlidir. Vanq Yi əlavə edib ki, Çin mülki şəxsləri təhdid edən istənilən tədbiri qəbuledilməz hesab edir. Çinin xarici işlər naziri Fələstin xalqının hüquqlarını qorumaq üçün yol xəritəsinin yaradılmasına da diqqət çəkib.
//Gülnarə Abasova, Editor.az

