Çin XİN: Rusiya və Çin dünyada strateji sabitliyin təmin edilməsində xüsusi məsuliyyət daşıyırlarbackend

Çin XİN: Rusiya və Çin dünyada strateji sabitliyin təmin edilməsində xüsusi məsuliyyət daşıyırlar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiya və Çin dünyada strateji sabitliyin qorunmasında xüsusi məsuliyyət daşıyırlar”.

Editor.az xarici mediaya istinadla xəbər verir ki, bu barədə Çinin xarici işlər naziri Vanq Yi Rusiyanın xarici işlər naziri Sergey Lavrovla Moskvada görüşündə deyib. Rusiya Xarici İşlər Nazirliyində keçirilən görüşün əvvəlində çıxış edən Vanq bəyan edib ki, mövcud regional və beynəlxalq vəziyyət strateji qarşılıqlı fəaliyyətin irəliyə aparılması üçün daimi təmas və koordinasiya fəaliyyəti tələb edir.

Çin və Rusiyanın dünyanın aparıcı gücləri və Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının daimi üzvləri olaraq qlobal strateji sabitliyin və dünya inkişafının qorunmasında xüsusi məsuliyyət daşıdığını vurğulayan Vanq bildirib ki, Çin rusiyalı tərəfdaşları ilə birlikdə çoxtərəfli prinsiplərin qorunub saxlanmasına, çoxqütblü dövlətin formalaşmasına əvvəlki kimi töhfə verməyə hazırdır.

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının, ardınca Asiya Sakit Okean İqtisadi Əməkdaşlıq Sammitinin və bir çox yüksək səviyyəli iclasların keçirildiyini xatırladan Lavrov qeyd edib ki, bu forumlar zamanı koordinasiyalı olaraq Çin və Rusiya işini davam etdirəcək və əldə olunan nəticələr beynəlxalq ictimaiyyətin bütün xalqlarının tələblərini qarşılayacaq.

//Gülnarə Abasova, Editor.az