Çin Yaponiya parlamentinin üzvünə sanksiya tətbiq edibbackend

Çin Yaponiya parlamentinin üzvünə sanksiya tətbiq edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çin Pekinin Yaponiya parlamentinin etnik çinli üzvü Hei Sekiyə (Şi Pinq) qarşı Çinin suverenliyini pozan hərəkətlərə görə sanksiya tətbiq edib.

Editor.az xarici mediaya istinadla xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyi məlumat verib. Yapon siyasətçi Tayvan Diaoyu adaları, tarixi məsələlər, Sincan, Tibet və Honq Konqda baş verən hadisələrlə bağlı dezinformasiyalar yayıb. Bildirilib ki, onun hərəkətləri Çinin daxili işlərinə ciddi müdaxilədir və ÇXR-in suverenliyinə və ərazi bütövlüyünə ciddi zərbə vurur.

“Hei Seki Asiya ölkələrində yapon militarizminin simvolu sayılan Yasukuni məbədini açıq şəkildə ziyarət etməklə Pekin və Tokio arasında əldə edilmiş razılaşmaları açıq şəkildə pozur və “vahid Çin” prinsipinə əməl etmir”,-deyə bildirilib.

Qeyd edək ki, Çin hakimiyyəti yapon siyasətçi və ailəsinə Honq-Konq və Makao daxil olmaqla Çinə girişi qadağan edib. Hei Sekinin Çin ərazisindəki bütün daşınar və daşınmaz əmlakı dondurulub. Çindəki təşkilatlara və şəxslərə onunla əməliyyatlar aparmaq və ya əməkdaşlıq etmək qadağandır.

//Gülnarə Abasova, Editor.az