“Hazırda Rusiya və Ukrayna arasında sülh danışıqlarının yaxın gələcəkdə baş tutacağına dair heç bir əlamət yoxdur. Çünki Moskva və Kiyevin öz mövqelərinə dəstək toplamaq cəhdləri onların güzəştə getmək istəmədiyini göstərir”.
Editor.az bu barədə Asia Times-a istinadla yazır. Qeyd edilib ki, Hindistanın baş naziri Narendra Modinin Ukraynaya səfəri və ÇXR hökumətinin xüsusi nümayəndəsi Li Huinin Moskvaya səfəri diplomatik mübarizədən xəbər verir, lakin bütün müvafiq tərəflər döyüş meydanında və ondan kənarda hələ görüləsi çox şey olduğuna inanırlar. Bununla belə, bildirilib ki, tezliklə sülh danışıqlarını görəcəyimizə dair heç bir irəliləyiş və ya işarə yoxdur.
Bundan əvvəl Ukrayna prezidenti Vladimir Zelenski Çinin 2023-cü ildə təklif etdiyi sülh planını tənqid edib.
//Gülnarə Abasova, Editor.az

