Çinarə Bakıda ilk konsertini verdi – FOTObackend

Çinarə Bakıda ilk konsertini verdi – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Müğənni Çinarə Məlikzadə Bakıda ilk böyük konsertini gerçəkləşdirib.

Sənətçi Heydər Əliyev Mərkəzinin həyətində sevənləri ilə bir araya gəlib.

Açıq havada təşkil olunan tədbirdə canlı ifalarını səsləndirən Çinarəni musiqiçilər müşayiət edib.

Müğənni “Qarşınıza çıxmaq məni həyəcanlandırsa da, qürurlu anlar yaşadım. Mənimlə birgə ifa etdiyiniz mahnılar hələ də qulağımdadır. Konsertimdə məni yalnız qoymayan tamaşaçılara təşəkkür edirəm!”, – deyə, konsertə gələnlərə minnətdarlığını bildirib.

Qeyd edək ki, xeyli insanın qatıldığı konsert 2 saata yaxın davam edib.