“Təəssüf ki, bir neçə gün bundan əvvəl Gəncə şəhərində qəddarcasına öldürülən məktəblinin qatilləriylə bağlı istintaq hələ də davam edir. Azərbaycan cəmiyyətinə bu tip cinayətlər əslində yad idi. Lakin son illər artan cinayət hadisələri xüsusilə azyaşlıların həm cinayət qurbanı olması, həm də cinayət törədən tərəf olması həqiqətən ağlasığmazdır. Mən düşünürəm ki, Gəncədə öldürülən məktəblinin də, qatili elə məhz öz yaşıdlarıdır”.
Bunu sözləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.
Millət vəkili bildirib ki, qətlə yetirilən Elgün cəmiyyətdə hər birimizin balasıdır:
“Biz onu belə amansızca qətlə yetirənlərin tezliklə tapılıb layiq olduqları kimi də cəzalandırılmaqlarını istəyirik. Düşünün bu şəxslər hazırda məktəblilərin, körpələrin olduğu məkanlarda gəzirlər. Mən istəyirəmki, bizim xalqımızın xislətinə xas olmayan bu cinayətlərin qarşısı alınması üçün cinayəti törədənlər ağır şəkildə cəzalandırılsınlar.
Əgər Elgünü qətlə yetirənlər də onun kimi məktəbli və ya yetkinlik yaşına çatmayan bir şəxs olsa belə, onu yaşlarının azlığına görə yox, Elgünə qarşı törədilən amansızlıq nəzərə alınıb cəzalandırılsın. Çünki əks halda bu cinayətlərin sayı artacaq”.
//Gülnarə Abasova, Editor.az