Çində 26 milyon insan test verəcəkbackend

Çində 26 milyon insan test verəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çinin Şanxay şəhərində koronavirusun “Omikron” ştammının kütləvi yayılması ilə əlaqədar epidemioloji vəziyyətin nəzarətdə saxlanılması üçün səfərbərlik elan olunub.

Editor.az “Hürriyet” qəzetinə istinadən xəbər verir ki, hökumət vəziyyətin nəzarətdən çıxmaması üçün ordunu da proseslərə qoşub. Ölkənin 7 hərbi hissəsindən 2000-dən çox səhiyyə işçisinin Şanxaya göndərildiyi bildirilib.

Eyni zamanda, hökumət insanlardan sürətli antigen testləri tələb edib. Küçəyə çıxma qadağasına görə testlərin qapıların önünə qoyulması tələb olunub.

Qeyd edək ki, daha əvvəl Şanxayda iki həftəlik sərt karantinlə əlaqədar qapanmalar olub. Ancaq görülən tədbirlər yoluxma sayının azalmasına təsir etməyib. Çin özünün “dinamik sıfırlama” adlandırdığı epidemiya əleyhinə siyasəti ilə kütləvi testlər və karantin tətbiq etməklə virusun yayılmasını azaltmağa və epidemiyaya nəzarət etməyə çalışır.

//Nəzərbəy Hacıağayev, Editor.az