Çində alimlər kiber arılar yaradır – hərbi kəşfiyyat və xilasetmə üçün istifadə ediləcəkbackend

Çində alimlər kiber arılar yaradır – hərbi kəşfiyyat və xilasetmə üçün istifadə ediləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Pekin, 11 iyul — Çində alimlər adi arıları kiborga çevirirlər. Onların beyninə xüsusi mikrokontrollerlər yerləşdirilərək, uzaqdan idarə edilə bilən kəşfiyyat vasitəsinə çevrilir. Bu barədə The Telegraph məlumat yayıb.

Pekin Texnologiya İnstitutunun professoru Çjao Tszelyanın rəhbərlik etdiyi komanda dünyanın ən yüngül beyin kontrollerini hazırlayıb. Cihazın çəkisi cəmi 74 milliqramdır.

Bildirilir ki, bu qurğu işçi arının belinə bərkidilir və beyninə üç iynə vasitəsilə birləşdirilir. Sistem arıya uçuş istiqamətini göstərə bilir.

Yeni texnologiyanın gələcəkdə hərbi kəşfiyyat, eləcə də təbiət fəlakətlərindən sonra sağ qalanların axtarışı üçün istifadə ediləcəyi planlaşdırılır.

//Samir Qurbanov, Editor.az