Dekabrın 18-də Çində baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 144 nəfərə çatıb.
Editor.az bildirir ki, bu barədə ölkənin Mərkəzi Televiziyası (CCTV) xəbər verir. Üç nəfər hələ də itkin sayılır.
CCTV-nin aydınlaşdırdığı kimi, ölənlərdən 113-ü Çinin şimal-mərkəzindəki Qansu əyalətinin, 31-i Çinxay əyalətinin sakinləridir.
Eyni bölgədə üç nəfər itkin düşmüş hesab olunur. Xatırladaq ki, dekabrın 18-də Çində 6,2 bal gücündə zəlzələ baş verib. Episentr 10 km dərinlikdə olub.
CCTV-nin məlumatına görə, zəlzələ nəticəsində 300-dən çox insan xəsarət alıb. Ölkə fövqəladə hallara cavab tədbirlərinin dörd səviyyəsindən ikincisinə daxil olub (birincisi ən yüksəkdir).
//Samir Qurbanov, Editor.az

