Çinin Hunan əyalətinin Çanşa şəhərinin Vanqçen rayonunda bina naməlum səbəbdən uçub.
Editor.az “Hürriyet” qəzetinə istinadən xəbər verir ki, hadisə yerinə çoxlu sayda yanğınsöndürən və təcili yardım qrupları göndərilib.
Hadisə yerində axtarış-xilasetmə işlərinə başlanılsa da insan tələfatı ilə bağlı rəsmi qurumlar hələlik açıqlama verməyib.
//Nəzərbəy, Editor.az

