Texnologiya nəhənginin üçüncü ən böyük bazarı olan Çindəki dövriyyəsi Apple-in qlobal dövriyyəsinin 18 faizini təşkil edir. Çünki Apple məhsullarının əksəriyyəti bu ölkədə istehsal olunur.
Editor.az Wall Street Journal-a istinadla xəbər verir ki, Pekin mərkəzi hökumət rəsmilərinə şəxsi iPhone-larını ofislərə gətirməyi və iPhone-dan iş üçün istifadə etməyi qadağan edib.
Bundan sonra səhmlərdəki eniş 6 faizi keçərkən, şirkətin bazar dəyəri təxminən 200 milyard dollar azalıb.
Dünən Bloomberg bu qadağanın ictimai şirkətlərdə və hökumətə bağlı təşkilatlarda çalışanları da əhatə edə biləcəyini yazıb. Xəbər Apple-ın iPhone 15-i sentyabrın 12-də təqdim etməsindən bir neçə gün əvvəl yayılıb.
Çin hökumətindən məsələ ilə bağlı rəsmi açıqlama verilməyib. Dünyanın ən dəyərli şirkəti olan Apple-ın dəyəri 2,8 trilyon dollar civarındadır.
//Gülnarə Abasova, Editor.az