Çində fəlakətin miqyası yenidən artdıbackend

Çində fəlakətin miqyası yenidən artdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çinin Tibet Muxtar Bölgəsindəki Tinqri dairəsində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 126-ya çatıb. “Sinxua” agentliyi xəbər verir ki, daha 188 nəfər xəsarət alıb.

Bundan əvvəl ölənlərin sayının 95 nəfər olduğu, 130 nəfərin yaralandığı bildirilirdi. “Sohu”nun sözlərinə görə, ağır yaralanan 28 nəfər Bələdiyyə Xalq Xəstəxanasına yerləşdirilib. Uçmuş evlərin sayı 3609-a çatıb.

Qeyd edək ki, bu gün, yanvarın 7-də səhər saatlarında 6,8 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri 10 km dərinlikdə olub, 49 yeraltı təkan qeydə alınıb. Çin prezidenti Si Cinpin axtarış-xilasetmə işlərinə göstəriş verib.

//Samir Qurbanov, Editor.az