Çinin mərkəzindəki Hunan əyalətində iyunun 1-dən yağan güclü yağışlar 1.8 milyon insan üçün bir sıra çətinliklər yaradıb.
Editor.az “Hürriyet” qəzetinə istinadən xəbər verir ki, güclü yağışın yaratdığı sel nəticəsində 10 nəfər ölüb, 3 nəfər isə itkin düşüb. Li əyalətində 2700-dən çox evə ziyan dəyib, 286 min insan təcili təxliyə edilib.
Əlverişsiz hava şəraitinin fəsadlarını aradan qaldırmaq üçün bölgəyə çoxlu sayda yardım göndərilib.
//Nəzərbəy, Editor.az

