Çində güclü zəlzələ baş verib, yüzlərlə adam ölübbackend

Çində güclü zəlzələ baş verib, yüzlərlə adam ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çində 6,2 bal gücündə zəlzələ baş verib.

Editor.az “Sinxay”a istinadən xəbər verir ki, Qansu və Sinxay əyalətlərində azı 111 nəfər həlak olub. 230 nəfər yaralanıb.

Çin prezidenti Si Cinpin insanların axtarışı, xilas edilməsi və zəlzələnin nəticələrinin aradan qaldırılması üçün hər cür səy göstərilməsini əmr edib. Su təchizatı, elektrik enerjisi, nəqliyyat, rabitə və digər infrastruktur obyektlərinə ziyan dəyib.

Zəlzələ bölgəsində 1,4 min yanğınsöndürən və xilasedici işləyir. Pekin vaxtı ilə gecə yarısı Qansu əyalətinin Cişişan-Baoan-Dunsyan Salar Muxtar Dairəsində də bir neçə yeraltı təkanlar qeydə alınıb.

Episentr 10 km dərinlikdə olub. Fövqəladə hallara cavab tədbirlərinin dörd səviyyəsindən ikincisi tətbiq edilmişdir (birincisi ən yüksəkdir). Dekabrın 18-i axşam saatlarında bir neçə ölüm faktı qeydə alınıb.

//Samir Qurbanov, Editor.az