Çində iki məmurun Britaniya MI6-da işlədiyi üzə çıxıbbackend

Çində iki məmurun Britaniya MI6-da işlədiyi üzə çıxıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çin Dövlət Təhlükəsizliyi Nazirliyi ölkənin dövlət qurumlarında çalışan iki məmurun Britaniya kəşfiyyat xidməti MI6-da çalışdığını bildirib.

Editor.az-ın məlumatına görə, nazirlikdən verilən açıqlamada bildirilib ki, dövlət təhlükəsizlik orqanları bu yaxınlarda apardıqları hərtərəfli araşdırma nəticəsində böyük bir casusluq hadisəsi üzə çıxarıblar.

“Məlum olub ki, Çinin mərkəzi dövlət qurumlarının əməkdaşları olan Vanq və Çjou cütlüyü Britaniya kəşfiyyat xidməti MI6-da işləyirmiş”. Bildirilib ki, Vanq soyadlı şəxs 2015-ci ildə İngiltərədə mübadilə proqramı üçün müraciət edib və o, ora getdikdən sonra hobbiləri və xarakter zəifliklərini öyrənmək istəyən Mİ6 onun üçün əyləncə gecələri təşkil edib. Açıqlamaya görə, sözügedən çinli məmur zaman keçdikcə ingilislərə “məsləhət xidmətlər” i təklif etməyə başlayıb və sonra MI6 agentləri ona pul qarşılığında birbaşa İngiltərə hökuməti üçün işləməyi təklif ediblər. Vanq təklifi qəbul etdikdən sonra Britaniya kəşfiyyatı onun üçün xüsusi casusluq təlimi təşkil edib, daha sonra “vacib məlumat” toplamaq üçün böyük maliyyə dəstəyi vədi ilə onu Çinə geri göndəriblər.

//Gülnarə Abasova, Editor.az