Çində inflyasiya son 2 ildə ən aşağı səviyyədədirbackend

Çində inflyasiya son 2 ildə ən aşağı səviyyədədir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çində istehlak inflyasiyası aprel ayında son iki ilin ən aşağı səviyyəsinə çatıb.

Editor.az Çin Milli Statistika Bürosunun məlumatına istinadla xəbər verir ki, istehlak qiymətləri aprel ayında keçən ilin eyni ayı ilə müqayisədə cəmi 0,1 faiz artıb.
Bu, 2021-ci ilin fevralından bəri görülən ən aşağı inflyasiya olaraq qeydə alınıb.

Mart ayında qiymətlər illik müqayisədə 0,7 faiz artıb. Aprel ayında əvvəlki ayla müqayisədə istehsalçı qiymətləri 0,5 faiz, istehlakçı qiymətləri isə 0,1 faiz azalıb. İqtisadçılar aprel ayında qiymətlərin illik 0,4 faiz artacağını proqnozlaşdırmışdılar. Digər tərəfdən onu da qeyd edək ki, Çin yuanı dollar qarşısında 0,04 faiz ucuzlaşaraq 6,9428-ə düşüb.

//Gülnarə Abasova, Editor.az