“Azərbaycanda hal-hazırda koronavirusa yoluxma yox dərəcəsindədir. Bizə koronavirusla bağlı şikayət edən sonuncu xəstə 2 ay əvvəl olub. Uzun müddətdir ki, bu xəstəliklə bağlı müraciət edən yoxdur. Belə ki, ölkəmizdə hələ ki, vəziyyət stabil olaraq qalır”.
Bu sözləri Editor.az-a həkim-pulmonoloq Əsəd Beydullayev deyib.

Həkim bildirib ki, insanlar arasında hal-hazırda ən çox müşayiət olunan mövsümi qrip xəstəlikləridir:
“Ancaq dünyada “COVİD-19″ xəstəliyinə yoluxanlarının sayı getdikcə artmağa başladığı üçün ölkəmizdə də hələ də dövlət səviyyəsində nəzarətə, qabaqlayıcı tədbirlərə ehtiyac var. Dünyada və ölkəmizdə müəyyən qadağalar aradan qaldırılmayıb, demək ki, virusun yenidən sürətlə yayılma riski var. Ancaq 2 ildən artıqdır ki, bu virus həyatımızdadır və insanlar sanki ona öyrəşib. Vətəndaşlarda arxayınlıq hissi yaranıb. Əgər yenidən xəstə sayında artım olarsa, insanlar arasındakı bu rahatlama problem yarada bilər. Bu günə qədər koronavirusa yoluxanlarının sayı yetəri qədərdir və insanlar bu xəstəliklə yaxından tanışdır. Yoluxmaların sayı artsa belə artıq ölkə olaraq buna tam şəkildə hazırıq. Pandemiyanın davam etdiyi dövrdə ümumi karantin rejiminə və gigiyenik qaydalara riayət etmək hər kəsə tövsiyə olunur. İnsanlar virusun əlamətlərini hiss edən kimi mütləq şəkildə həkimə müraciət etməlidir. Pandemiyanın davam etdiyi dövrdə ümumi karantin rejiminə və gigiyenik qaydalara riayət etmək hər kəsə tövsiyə olunur”.
//Gülnarə Abasova, Editor.az

