Çində son sutka ərzində 12 nəfərdə koronavirus aşkarlanıb, ölən olmayıb.
Editor.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə “worldometers.info”da məlumat verilib.
Bununla da ölkədə koronavirusa yoluxanların sayı 89 748-ə yüksəlib, ölənlərin sayı əvvəlki kimi 4 636-dır. Ümumilikdə 84 292 xəstə sağalıb.
Ölkədə 820 aktiv koronavirus xəstəsi var ki, onlardan da 12-nin vəziyyəti ağır qiymətləndirilir.

