Çində narkotiklərlə mübarizdə dələlərdən istifadə olunacaqbackend

 Çində narkotiklərlə mübarizdə dələlərdən istifadə olunacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çin narkotiklərlə mübarizə əməliyyatlarında itlərdən başqa hansı heyvanların istifadə oluna biləcəyini anlamağa çalışır.

Editor.az xəbər verir ki, “The Washington Post”un məlumatına görə, bu həftə Çinin cənub-qərbindəki bir polis bölməsi altı dələni iyləmək yolu ilə narkotiki aşkar etməyə öyrətdiyini söyləyib. Sincab dəstəsini öyrətmək vəzifəsi daşıyan polis itləri idarəçisi Yin Jin, məşq zamanı “əla iş” etdiklərini söyləyib. Sincabların müxtəlif səthləri iyləməyi və maneələr arasında tullanmağı öyrəndiyi videolar internetdə yayılıb.

Bir polis iti idarəçisi iddia edir ki, dələlərdə kifayət qədər kəskin qoxu hissi var, lakin digər gəmiricilər də narkotikləri aşkar etməkdə yaxşı iş görürlər. Bundan əlavə, onlar dar çuxurlara da nüfuz edə bilirlər ki, bu da sıx şəkildə qablaşdırılan bağlamaların içərisində gizlənmiş narkotikləri daha yaxşı müəyyən etməyə imkan verir.

//Samir Qurbanov, Editor.az