Çində Rusiya qazına tələbat artıbbackend

Çində Rusiya qazına tələbat artıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müasir Çin-Rusiya Regional İqtisadi Araşdırmalar İnstitutunun rəhbəri Sun Kui bildirib ki, Çin qaz kəmərləri şəbəkəsini genişləndirdikcə və ekoloji cəhətdən təmiz enerji mənbələrinə keçdikcə Rusiya qazına tələbat da artacaq.

Editor.az bu barədə Çinin “Global Times” qəzetinə istinadla məlumat yayıb.

Ekspert bildirib ki, getdikcə daha çox Çin şəhərləri kömür və neftdən imtina edərək ekoloji təmiz təbii qaza keçir. Ona görə də Çin bazarında qaza tələbat sürətlə artacaq. Sonq Kuinin sözlərinə görə, tikilməkdə olan boru kəməri Yantszı çayı deltasındakı şəhərlərə və nəhayət Şanxaya çatanda Rusiyadan qaz tələbatı daha da artacaq.

Ekspert hesab edir ki, enerji sektorunda birgə səylər Çin və Rusiya arasında iqtisadi-ticarət qarşılıqlı fəaliyyətinin mərkəzi elementi olmaqda davam edəcək. O qeyd edib ki, təbii qazla bağlı ikitərəfli layihələr ölkələr arasında əməkdaşlığın nümunəvi göstəricisidir.

//Gülnarə Abasova, Editor.az