Çində Sergey Şoyquya “soyuq duş”backend

Çində Sergey Şoyquya “soyuq duş”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunu Rusiya prezidenti Vladimir Putin və Çin prezidenti Si Tszinpin arasında danışıqların aparıldığı Xalqlar Evinə buraxmaq istəməyiblər.

Təşkilatçıların ona binaya girmək hüququ verən döş nişanı ilə bağlı sualları olub. Təhlükəsizlik Şurasının katibi məsələnin nəhayət onun xeyrinə həll olunmasına qədər bir-iki dəqiqədən çox gözləməli olub və bundan əvvəl qapıda dayanaraq ən azı on həmkarını, o cümlədən nəqliyyat işçisini içəri buraxıblar.

Danışıqların özləri də dar və geniş tərkibdə çox qısa müddət ərzində aparılıb. Bu zaman Vladimir Putinin solunda Sergey Şoyqu, sağında isə xarici işlər naziri Sergey Lavrov oturub.

//Samir Qurbanov, Editor.az