Fəth, HƏMAS, İslami Cihad, Fələstinin Azadlıq Xalq Cəbhəsi və Fələstin Demokratik Cəbhəsi də daxil olmaqla 14 Fələstin milli qrupu Çin hökumətinin dəvəti ilə paytaxt Pekində toplaşaraq sonda bəyannamə imzalayıb.
Editor.az xəbər verir ki, imzalanma mərasimində Çinin xarici işlər naziri Van Yi də iştirak edib. Mərasimdə çıxış edən çinli nazir, “Milli maraqlara ciddi bağlı olan 14 Fələstin qrupunun nümayəndələri Pekində bir araya gəldi. Bu, Fələstinin azadlıq mübarizəsində mühüm tarixi məqamdır”,- deyə bildirib.
Vanq qeyd edib ki, ölkəsi bütün Fələstin qruplarının barışıq əldə etmək səylərini alqışlayır və onları mühüm kompromis əldə etdikləri və saziş imzaladıqları üçün təbrik edib.
Bundan əvvəl Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Çan Fələstində daxili birliyin möhkəmləndirilməsində fələstinli qrupları həmişə dəstəklədiklərini və bu istiqamətdə fəal səyləri davam etdirəcəklərini bildirmişdi. Lin qeyd edib ki, hazırkı vəziyyətdə Fələstin daxilində barışıq və birliyin təşviq edilməsi Fələstin probleminin təcili, hərtərəfli, ədalətli və daimi həllinə nail olmağa kömək edəcək.
//Gülnarə Abasova, Editor.az

