Çinin paytaxtı Pekində 53 yaşlı kişi baytar həkim “Monkey B” (BV) virusundan ölüb.
Editor.az HaberGlobal-a istinadən xəbər verir ki, bu Çində “Monkey B” (BV) virusu səbəbindən ilk ölümdür.
Çinin paytaxtı Pekində 53 yaşlı bir baytar ürək bulanması və qusma şikayətindən 1 ay sonra qızdırma və nevroloji simptomlar özünü göstərməyə başlayıb.Mart ayının əvvəlində ölən iki meymunu müayinə edən 53 yaşlı baytar cərrah BV virusuna yoluxub. Bir neçə fərqli xəstəxanada müalicə alan baytar 27 Mayda vəfat edib.
Test nəticələrində yalnız BV virusu pozitiv çıxıb.
Qeyd edək ki, aprel ayının ortalarında bir qrup tədqiqatçı xəstəliyi təyin etmək üçün onurğa mayesi, qan, burun çubuğu və plazma daxil olmaqla xəstədən nümunələr toplamışdı. Çin Milli Viral Xəstəliklərə Nəzarət və Profilaktika İnstitutuna göndərilən nümunələrdə RT-PCR testləri nəticəsində yalnız BV virusunun müsbət olduğu bildirilmişdi. Ölən xəstə ilə yaxın təmasda olduğu düşünülən bütün yaxınlarının testlərinin mənfi olduğu paylaşılıb. Virusun baytarlar, heyvan baxımı işçiləri və laboratoriya tədqiqatçıları üçün təhlükə yarada biləcəyi qeyd edilib.
//Gülnarə Abasova, Editor.az

