Çindən ABŞ-a mesajbackend

Çindən ABŞ-a mesaj

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çinin xarici işlər naziri Sin Qanq ABŞ-ın Pekindəki səfiri ilə görüşündə 2022-ci ilin noyabrında İndoneziyada keçirilən G20 Sammiti çərçivəsində prezident Si Cinpin və ABŞ Prezidenti Co Bayden arasında keçirilən görüşdə liderlərin münasibətləri bərpa etmək üçün mühüm razılaşma əldə edildiyi, lakin ABŞ tərəfinin addımları səbəbindən münasibətlərin pozulduğu qeyd edilib.

Editor.az xarici mediaya istinadən bildirir ki, bu barədə Çinin Xarici İşlər Nazirliyindən verilən məlumatda qeyd edilib.

“Bizim əsas prioritetimiz Çin-ABŞ münasibətlərini sabitləşdirmək olmalıdır. Gərginlik zolaqlarından qaçmalı, münasibətlərdə qəzaların qarşısını almalıyıq. Baş verə biləcək gözlənilməz hadisələri sakit, peşəkar və praqmatik şəkildə idarə etməli, münasibətlərə xələl gətirməsinin qarşısını almalıyıq”.

//Safura Bənnayeva, Editor.az