Çindən Donald Trampın prezident seçilməsinə ilk reaksiyabackend

Çindən Donald Trampın prezident seçilməsinə ilk reaksiya

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çin Ağ Evdə növbəti prezidentin yeni administrasiyası dövründə ABŞ ilə dinc və qarşılıqlı faydalı birgəyaşayışı davam etdirməyə ümid edir.

Editor.az bildirir ki, bunu noyabrın 6-da Çin Xarici İşlər Nazirliyinin spikeri Mao Ninq deyib. O əlavə edib ki, hazırkı prezident seçkiləri Birləşmiş Ştatların daxili işidir və Çin Amerika xalqının istənilən seçiminə hörmətlə yanaşır.

“Biz qarşılıqlı hörmət, dinc yanaşı yaşama və qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə uyğun olaraq ikitərəfli münasibətlərimizi nəzərdən keçirəcək və davam etdirəcəyik” – Mao Ninq deyib. Eyni zamanda o, Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Donald Trampın qalib gələcəyi təqdirdə Çin mallarına rüsumları artıra biləcəyi barədə məlumatı şərh etməkdən imtina edib.
“Biz hipotetik suallara cavab vermirik” – Çin Xarici İşlər Nazirliyinin spikeri bildirib.

//Samir Qurbanov, Editor.az