Çin dünyanın ilk dördüncü nəsil atom elektrik stansiyasını (AES) işə salıb.
Editor.az xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Dövlət Energetika İdarəsindən bildiriblər. “Şidaowan” yüksək temperaturlu qazla soyudulmuş reaktor (HGR) ölkənin şərqindəki Şandun əyalətində yerləşir.
Atom elektrik stansiyası sınaq rejimində 168 saat işləmiş, bundan sonra kommersiya istismarına verilmişdir. Çin departamenti VGR-nin əsas üstünlüyü onun elektrik enerjisi istehsalı sahəsində təhlükəsizliyi adlandırıb. “Dördüncü nəsil nüvə enerjisi texnologiyalarının tədqiqi, inkişafı və tətbiqi sahəsində Çin dünyanın qabaqcıl səviyyəsinə çatıb”, – Nazirlikdən deyiblər.
//Samir Qurbanov, Editor.az

