Çindən NATO-ya xəbərdarlıq: “Səlahiyyətlərinizi aşırsınız”backend

Çindən NATO-ya xəbərdarlıq: “Səlahiyyətlərinizi aşırsınız”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NATO Sammitində qəbul edilən yekun bəyannaməyə görə Alyansa reaksiya verən Çindən NATO-ya yeni xəbərdarlıq gəlib.

Editor.az xəbər verir ki, Çin Xarici İşlər Nazirliyi NATO-nun Rusiya ilə Çin arasındakı münasibətlərə müdaxilə etməklə öz səlahiyyətlərini aşdığını bildirib. Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Cien NATO-nun Moskva və Pekin münasibətlərinə müdaxilə etməsinə reaksiya verib. “Alyansın Rusiya ilə münaqişə bəhanəsi ilə müdaxiləsi və Çin-Rusiya əməkdaşlığını pozması tamamilə əsassızdır” deyən Lin, bunun NATO-nun səlahiyyətlərini aşan yurisdiksiyasını genişləndirmək cəhdi olduğunu bildirib.

Rusiya-Çin münasibətlərinin “qarşıdurmanın rədd edilməsi” prinsipi üzərində qurulduğunu və heç bir üçüncü ölkəni hədəf almadığını bildirən Lin, NATO-nu mövqeyini yenidən nəzərdən keçirməyə çağırıb.

//Gülnarə Abasova, Editor.az