Çindən Putinə təbrik: “Çoxqütblülüyü müdafiə etməyə davam edəcəyik”backend

Çindən Putinə təbrik: “Çoxqütblülüyü müdafiə etməyə davam edəcəyik”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünən Kremldə keçirilən mərasimdə and içərək 5-ci dəfə prezident olan Vladimir Putinə dünyanın hər yerindən təbrik mesajları gəlməkdə davam edir.

Editor.az xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Jian Pekinin Rusiya prezidenti Vladimir Putini 5-ci prezidentlik müddəti münasibətilə təbrik etdiyini və Çin prezidenti Si Cinpinin mart ayında keçirilən seçkilərdən sonra rusiyalı həmkarına təbrik mesajı göndərdiyini xatırladıb. Lin Rusiyanın Putinin rəhbərliyi altında dövlət quruluşu və sosial-iqtisadi inkişafında yeni nəticələr əldə edəcəyinə inandıqlarını bildirib. Putin və Xi dövründə Rusiya-Çin əlaqələrinin davamlı şəkildə inkişaf etdiyinə diqqət çəkən Lin, “İki ölkə arasında əlaqələrin qarşılıqlı hörmət, bərabərlik və qarşılıqlı fayda əsasında inkişafı və müxtəlif sahələrdə əməkdaşlığın xalqa nəzərəçarpacaq faydaları olacaq. iki ölkənin inkişafı və bütün dünyada inkişaf və tərəqqinin təşviq edilməsində təsirli olacaq”,-deyə bildirib. Rusiya və Çinin çoxqütblülüyün təşviqinə davam edəcəyini vurğulayan Lin davam edib: “İki ölkə liderlərinin əldə etdiyi konsensusa əsasən Moskva və Pekin qarşılıqlı etimadı gücləndirmək, əməkdaşlığı genişləndirmək, dostluğu qoruyub saxlamaq, ədalətli və dinc çoxqütblü dünyanı və inklüziv iqtisadi qloballaşmanı təşviq etmək, əsl çoxqütblülüyün həyata keçirilməsi və ikitərəfli münasibətlərin inkişafını sürətləndirmək barədə razılığa gəliblər. Qlobal idarəçiliyi daha ədalətli və ağlabatan bir istiqamətə yönəltməyə davam edəcəyik”.

//Gülnarə Abasova, Editor.az