Tayvan rəhbərliyinin ABŞ-ın verdiyi yardım və silahlarla müstəqillik əldə etmək cəhdləri Tayvan boğazında hərbi təhlükə yaradacaq.
Editor.az xəbər verir ki, bu barədə Çin Dövlət Şurasının Tayvan İşləri İdarəsinin sözçüsü Zhu Fenglian verdiyi açıqlamada bildirib.
ABŞ Dövlət Departamenti Tayvanın tələb etdiyi 75 milyon dollar dəyərində rabitə müdafiə avadanlıqlarının satışına icazə vermişdi. “Tayvan Demokratik Tərəqqi Partiyası hökumətinin Birləşmiş Ştatlara və silahlara arxalanaraq müstəqilliyə nail olmaq cəhdləri yalnız Tayvan boğazı bölgəsində hərbi təhlükə yaradacaq və Tayvan vətəndaşlarını təhlükəli vəziyyətə salacaq”, – Zhu mətbuat konfransında deyib.
Çju açıqlamasında ABŞ-ın Tayvan bölgəsinə silah satmasına qəti şəkildə qarşı olduqlarının və mövqeyilərinin ardıcıl və aydın olduğunu da bildirib. O, Çin-ABŞ şərtlərinə riayət etməyə çağırıb.
Qeyd edək ki, fevralın əvvəlində Pentaqon Tayvana 50 hava-yer raketinin istehsalı və çatdırılması üçün ABŞ-da yerləşən müdafiə sənayesi şirkəti ilə 68 milyon dollardan çox dəyərində müqavilə imzaladığını açıqlamışdı.
//Gülnarə Abasova, Editor.az

