Çindən Tayvana xəbərdarlıq: “Lazım gələrsə güc tətbiq edəcəyik”backend

Çindən Tayvana xəbərdarlıq: “Lazım gələrsə güc tətbiq edəcəyik”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çinin müdafiə naziri Li Şanqfu Asiya-Sakit Okean regionunun ən mühüm təhlükəsizlik forumu olan “Şanqri-La Dialoqu”nda iştirak etmək üçün gəldiyi Sinqapurda həmkarı ilə görüşüb.

Editor.az xarici mediaya istinadən bildirir ki, Çin Müdafiə Nazirliyinin sözçüsü Tan Kefei görüşdən sonra Sinqapurda mətbuata verdiyi açıqlamaya görə, Li, Çinin Tayvan ilə sülhə hazır olduğunu, lakin lazım gələrsə güc tətbiq edəcəklərini də vurğulayıb.

Li Tayvandakı Demokratik Tərəqqi Partiyasının (DPP) hakimiyyətinin müstəqillik üçün digər ölkələrdən dəstək almasının qəbuledilməz olduğu mesajını verib:

“Biz səmimi şəkildə sülh yolu ilə birləşmə üçün əlimizdən gələni edəcəyik. Bununla belə, biz heç vaxt DPP hakimiyyətinin Tayvanın müstəqilliyi üçün kənardan dəstək axtarmasına və xarici güclərin Tayvanı Çini mühasirəyə almaq üçün istifadə etməsinə icazə verməyəcəyik”.

//Safura Bənnayeva, Editor.az