Çindən XƏBƏRDARLIQ: NATO-nun maraqlarımıza zərbə vuracaq istənilən hərəkətinə qəti şəkildə qarşı çıxılacaqbackend

Çindən XƏBƏRDARLIQ: NATO-nun maraqlarımıza zərbə vuracaq istənilən hərəkətinə qəti şəkildə qarşı çıxılacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çin suverenliyi və təhlükəsizliyini müdafiə etmək niyyətindədir və NATO-nun onun qanuni hüquq və mənafelərinə zərər vuran istənilən addımına qəti qarşı çıxacaq.

Editor.az xəbər verir ki, bu barədə iyulun 12-də Çinin Avropa İttifaqındakı diplomatik nümayəndəliyi bəyanat verib.

Diplomatik nümayəndəliyin saytında yer alan açıqlamada beynəlxalq təhlükəsizlik sahəsində vəziyyətin davamlı olaraq pisləşməsi fonunda NATO-nun üzərinə düşən vəzifələri yerinə yetirmək əvəzinə kor-koranə başqa ölkələri günahlandırdığı və başqa dövlətlərin daxili işlərinə
müdaxiləni davam etdirdiyi qeyd edilib. Bəyanatda həmçinin NATO-nun “ikiüzlü mahiyyətinə” və onun “genişlənmə və hegemonluq arzusuna” diqqət çəkilir. Çinin diplomatik nümayəndəliyi bildirib ki, o, Çinin suverenliyini, təhlükəsizliyini və inkişaf maraqlarını qətiyyətlə müdafiə etmək əzmini NATO-ya açıq şəkildə çatdırıb. Çin həmçinin NATO-nun Asiya-Sakit okean regionunda şərqə doğru genişlənməsinə qəti şəkildə qarşıdır.

Çinli diplomatlar bildiriblər ki, Çinin qanuni hüquq və maraqlarına zərər vuran istənilən hərəkət güclü etirazla qarşılanacaq. Bundan əvvəl NATO Ukrayna ilə bağlı planlarını açıqlamışdı.

//Gülnarə Abasova, Editor.az