Çinin ABŞ-a “qara siyahı” reaksiyasıbackend

Çinin ABŞ-a “qara siyahı” reaksiyası

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çinin Ticarət Nazirliyi altı Çin şirkətini “hərbi hava şarları kimi aerokosmik proqramları dəstəklədiklərini” əsas gətirərək qara siyahıya salmaqdan imtina edib.

Editor.az xarici mediaya istinadən bildirir ki, bəyanatda əksini tapan fikirlərə görə, Birləşmiş Ştatlar uzun müddətdir ki, digər ölkələrin şirkətlərinə təzyiq göstərmək, normal iqtisadi və ticarət əlaqələrini pozmaq üçün ixraca nəzarət tədbirlərindən sui-istifadə edib.

“Bu yanaşmalar iştirak edən şirkətlərin qanuni hüquq və maraqlarını pozur, qlobal təchizat zəncirlərinin təhlükəsizliyinə və sabitliyinə zərər verir. Biz ABŞ-ı Çin şirkətlərinə qarşı əsassız təzyiqlərə son qoymağa çağırırıq. Çin ölkə şirkətlərinin qanuni hüquqlarının qorunması üçün lazımi tədbirlər görəcək”,-deyə bildirilib.

//Safura Bənnayeva, Editor.az