Çinin Baş naziri: ABŞ və Çin daim birlikdə işləməlidirbackend

Çinin Baş naziri: ABŞ və Çin daim birlikdə işləməlidir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ və Çin rəqibi cilovlamaqdansa daima birlikdə əməkdaşlıq etməlidirlər.

Editor.az TASS-a istinadla xəbər verir ki, bu barədə Çinin Baş naziri Li Çian deyib.

“Mən müşahidə etmişəm ki, son illərdə ABŞ-da bəziləri Çinlə əlaqələri kəsmək barədə söhbətləri qızışdırır. Bəzən bu mövzu mediada çox diqqət çəkir”,- baş nazir bildirib. O, ölkələr arasında 760 milyard dollar həcmində ikitərəfli ticarət dövriyyəsini diqqətə çəkib.

Məlumata görə, ABŞ prezidenti Co Bayden administrasiyası Asiya-Sakit okean regionunda Çinə nəzarət etmək üçün 2024-cü ildə təxminən 9,1 milyard dollar ayırmağı planlaşdırır. Əsas hədəf Müdafiə Nazirliyinin Hind-Sakit Okean regionuna uzunmüddətli marağını nümayiş etdirən tədbirlərlə Çinin bölgəyə nəzarətini gücləndirmək olacaq.

//Gülnarə Abasova, Editor.az