Çinin “casus şarları” dünyanı qorxuya salıb: Yaponiya da şikayətçidirbackend

Çinin “casus şarları” dünyanı qorxuya salıb: Yaponiya da şikayətçidir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaponiya hakimiyyəti Çini 2019-2021-ci illər ərzində onun səmasına üç casus şarını buraxmaqda şübhəli hesab edirlər.

Editor.az bildirir ki, bu barədə “Kyodo” agentliyi məlumat yayıb. Nəşrin məlumatına görə, Yaponiya hökuməti çərşənbə axşamı, fevralın 14-də “2019-cu ildən başlayaraq üç il ərzində ölkə ərazisində müşahidə edilən üç naməlum uçan obyektin Çinin kəşfiyyat balonları olması ilə bağlı “ciddi şübhələr”in olduğunu bəyan edib.

Nəşrin məlumatına görə, Tokionun belə bir bəyanatı Vaşinqtonun ABŞ ərazisi üzərində “Çin şarı”nın olması ilə bağlı xəbərləri fonunda verilib.

//Samir Qurbanov,Editor.az