Çinin ən uzun kosmik missiyası: Astronavtlar 90 gündən sonra Yerə qayıdır-VİDEObackend

Çinin ən uzun kosmik missiyası: Astronavtlar 90 gündən sonra Yerə qayıdır-VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çinli astronavtlar Çinin ilk kosmik stansiyasında 90 gün qaldıqdan sonra Yerə qayıdıblar.

Editor.az xarici mediaya istinadən xəbər verir ki, Nie Haisheng, Liu Boming və Tang Hongbo, Çinin ən uzun müddət davam edən kosmik missiyasını yerinə yetirərək Shenzhou-12 kosmik gəmisində Yerə qayıdıblar.

Çin dövlət televiziyası CCTV, kosmik gəminin Qobi Çölünə düşdüyü anların görüntüsünü paylaşıb. Astronavt Nie, “Çinin artan gücü və texnologiyanın yüksələn səviyyəsi ilə daha çox astronavtın yeni rekordlar qoyacağına əminəm” deyib. Çin 2003 -cü ildən bu yana kosmosa 14 astronavt göndərib.

Qeyd edək ki, ABŞ, Çinin kosmik proqramının gizlilik və hərbi dəstəklə irəlilədiyini iddia etdikdən sonra Beynəlxalq Kosmos Stansiyasından çıxarılan Çin öz kosmik stansiyasını qurub.

//Gülnarə Abasova, Editor.az