“The Wall Street Journal” (WSJ) mənbələrə istinadən xəbər verir ki, ən yeni nüvə sualtı qayığı Uhan şəhəri yaxınlığındakı gəmiqayırma zavodunda batıb.
Oxşar məlumatı adı açıqlanmayan Amerika hərbi rəsmisinə istinad edən “Reuters”, AFP və AP agentliyi də yayıb. Çin hakimiyyəti fövqəladə vəziyyəti gizlətməyə çalışıb.
KİV-in məlumatına görə, hadisə mayın sonu – iyunun əvvəllərində baş verib. Çin Dövlət Gəmiqayırma Korporasiyası tərəfindən inşa edilən Çjou sinifli sualtı qayığın Wuachang tərsanəsində batdığı bildirilir. Sualtı qayıq sonuncu dəfə may ayının sonunda Yantszı çayında görünüb. Peyk görüntülərinə görə, sualtı qayığı çayın dibindən çıxarmaq üçün iyunun əvvəlində ehtimal olunan batdığı yerə kranlar göndərilib. Fövqəladə vəziyyətin nədən yarandığı məlum deyil. WSJ-nin həmsöhbətləri sualtı qayığın nüvə yanacağı daşıdığını istisna etmirlər. Ölənlər barədə məlumat yoxdur.
Pentaqonun hesabatına görə, 2022-ci ilə kimi Çində altı nüvə enerjili ballistik raket sualtı qayığı, altı nüvə enerjisi ilə işləyən hücum sualtı qayığı və 48 dizel mühərrikli hücum sualtı qayığı var. Gözlənilir ki, 2025-ci ilə qədər Çin sualtı qayıqlarının sayı 65-ə, 2035-ci ilə qədər isə 80-ə çatacaq, “Reuters” Amerika departamentinin məlumatlarına istinadən. Agentlik qeyd edir ki, Çin artıq 370-dən çox gəmi ilə dünyanın ən böyük donanmasına malikdir və yeni nəsil nüvə sualtı qayıqları istehsal edir.
//Samir Qurbanov, Editor.az