Çinin ilk antiviral “COVID-19” dərmanı istehsala başlayıbbackend

Çinin ilk antiviral “COVID-19” dərmanı istehsala başlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çinin keçən ay ilk yerli antiviral COVID-19 həbinin istehsalına başladığı bildirilir.

Editor.az Çin Beynəlxalq Radiosunun məlumatına istinadla xəbər verir ki, Azvudine dərmanı Çinin “Genuine Biotech” dərman istehsalçısı tərəfindən hazırlanıb. Dərmanın yüngül və orta dərəcədə simptomları olan xəstələrin müalicəsində istifadə edildiyi bildirilir. Kliniki sınaqların nəticələrinə görə, xəstələrin 40,4 faizində dərmanı ilk dəfə qəbul etdikdən 7 gün sonra qızdırma və öskürək kimi “COVID-19” simptomlarında yaxşılaşma müşahidə olunub.

Dərmanın bir çox klinik sınaqları 2020-ci ildən Çin, Braziliya və Rusiyada aparılıb. Şirkət ildə təxminən 1 milyard Azvudine dərmanı istehsal etmək gücünə malik olduğunu bildirir.

//Gülnarə Abasova, Editor.az