Danimarkanın baş naziri Mette Frederiksen Çini beynəlxalq ticarət qaydalarına əməl etməməkdə və Ukraynaya qarşı müharibədə Rusiyaya dəstək verməkdə ittiham edib. O, bu barədə sentyabrın 25-də “Politico” nəşrinə müsahibəsində bildirib. Baş nazirin sözlərinə görə, Çin, Rusiya Federasiyası, Şimali Koreya və İran arasında sıx əməkdaşlıq “böyük qlobal nəticələrə” malikdir. Frederiksen qeyd edib ki, Rusiya Pekinin köməyi olmadan Avropada iki ildən artıq genişmiqyaslı müharibə apara bilməzdi. Baş nazir hesab edir ki, bu cür hərəkətlərin Çin üçün nəticələri siyasi olmalıdır.
Avropanın Rusiya ilə həyata keçirdiyi mehriban qonşuluq münasibətləri heç nəyə gətirib çıxarmadı, ona görə də bu yanaşma Çinlə də işləməyəcək. Çünki ÇXR Moskvanı ikili təyinatlı texnologiyalarla təmin etməkdə davam edir və birbaşa olaraq Rusiya rejiminə hərbi dəstək verir, – nəşr yazır. O, Avropanın bu ölkədən həddən artıq asılı olduğunu vurğulayaraq tərəfdaşları “sadəlövh olmamağa” və Çinlə ticarət əlaqələrini yenidən düşünməyə çağırıb.
Frederiksen həmçinin Qərb müttəfiqlərinə Kremlin niyyətlərini, xüsusən də Ukraynanın Rusiya Federasiyası ilə sülh razılaşmasına nail olmaq üçün öz ərazilərindən imtina etmək məcburiyyətində qalacağı söhbəti kontekstində yaxından izləməyi tövsiyə edib. O, Moskvanın belə şəraitdə müharibəni bitirəcəyinə inanmadığını bildirib.
//Samir Qurbanov, Editor.az