Çinin müdafiə naziri: Pekin və Vaşinqton arasında qarşıdurma qlobal fəlakətə gətirib çıxara bilərbackend

Çinin müdafiə naziri: Pekin və Vaşinqton arasında qarşıdurma qlobal fəlakətə gətirib çıxara bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Editor.az bildirir ki, bunu Çinin müdafiə naziri Li Şanqfu Sinqapurda Şanqri-La Dialoq beynəlxalq təhlükəsizlik konfransında çıxışı zamanı bildirib. O, əlavə edib ki, Çin və Birləşmiş Ştatlar arasındakı münasibətlər “ikitərəfli münasibətlərdən daha artıqdır”.

Li Şanfu həmçinin ölkəsinin Vaşinqtonla dialoqa can atdığını qeyd edib. “Beynəlxalq ictimaiyyət sabit münasibətləri səbirsizliklə gözləyir və istənilən potensial münaqişə və ya qarşıdurmadan narahatdır. Çin və ABŞ arasında ciddi münaqişənin və ya qarşıdurmanın bütün dünya üçün dözülməz fəlakətə çevriləcəyini inkar etmək olmaz”, – Li Şanfu deyib. Nazir qeyd edib ki, Çin və ABŞ “bir çox cəhətdən bir-birindən fərqlidir.

Lakin bu, onların ikitərəfli əlaqələri genişləndirmək və əməkdaşlığı dərinləşdirmək üçün ümumi zəmin və ümumi maraqlar axtarmasına mane olmamalıdır. Onun sözlərinə görə, Pekin Asiya-Sakit okean regionunda təhlükəsizlik sahəsində əməkdaşlıq üçün açıq, inklüziv, şəffaf və bərabərhüquqlu çərçivənin yaradılması üzərində işləməyə hazırdır. Li Şanqfu Tayvan mövzusuna toxunarkən bildirib ki, ada ətrafındakı vəziyyətin həllini “yalnız Çin xalqının işi” adlandırıb və qeyd edib ki, heç bir kənar qüvvələrin buna müdaxiləsinə icazə verilməyəcək.

 //Samir Qurbanov,Editor.az