Çinin Rusiyadakı səfiri Zhang Henhui bildirib ki, Pekin enerji sektorunda Moskva ilə daha sıx tərəfdaşlıq qurmaq niyyətindədir.
Editor.az bu barədə “RİA Novosti”ə istinadla bildirir. Səfirin sözlərinə görə, bu yolla Çin beynəlxalq enerji təhlükəsizliyini və istehsal zəncirlərinin sabitliyini gücləndirməyi planlaşdırır.
Bloomberg daha əvvəl bildirmişdi ki, antiRusiya sanksiyaları yuanın qlobal iqtisadiyyatdakı rolunun kəskin şəkildə artmasına səbəb olub. Moskva birjasının tarixində ilk dəfə olaraq yuan ötən ay ABŞ dollarını keçərək ən çox satılan valyuta olub. Bundan əlavə, Rusiyada ticarətdə yuan getdikcə daha çox istifadə olunur. Bu, valyutanın regionda rolunu gücləndirir.
//Gülnarə Abasova, Editor.az