Naməlum şəxs maşınla Çinin San-Fransiskodakı konsulluğunun binasına çırpılıb.
Editor.az “The New York Times”ə istinadən xəbər verir ki, avtomobili idarə edən şəxs polis tərəfindən güllələnib və xəstəxanada ölüb. Polis atışmanın “məmurlar şübhəli şəxslə əlaqə saxladıqdan sonra” baş verdiyini bildirib.
Onun məqsədinin nə olduğu və silahlı olub-olmadığı açıqlanmır. Ona yerindəcə ilkin tibbi yardım göstərilib, xəstəxanada dünyasını dəyişib.
Sosial şəbəkələrdə yayılan videoda mavi “Honda” markalı avtomobilin konsulluq binasına çırpıldığı görünür. Hüquq-mühafizə orqanları araşdırma aparır, mərhumun adı və təfərrüatları açıqlanmır.
//Samir Qurbanov, Editor.az

