Çinin Tayvana hücumu yaxın vaxtlarda baş verə bilər, Amerika hazır olmalıdır – amerikalı admiral Samuel Paparobackend

Çinin Tayvana hücumu yaxın vaxtlarda baş verə bilər, Amerika hazır olmalıdır – amerikalı admiral Samuel Paparo

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çinin Tayvana hücumu gözləniləndən daha tez baş verə bilər.

Editor.az xəbər verir k, bu barədə ABŞ Sakit Okean Donanmasının amerikalı komandiri Samuel Paparonun sözlərinə istinadən “The Washington Times” qəzeti yazıb. Admiral izah edir ki, bu müharibənin ilk mərhələsi
Amerikanın komanda və idarəetmə, elektron və kosmik sistemlərinə qarşı kiberhücumlar olacaq. Müharibənin özü 2027-ci ildən əvvəl başlaya bilər – o zaman Çin ordusu yaradılmasının yüz illiyini qeyd edəcək.

Zabit həmçinin əlavə edib ki, ABŞ hücumun qarşısını almaq üçün “indi, gələn həftə, gələn ay və gələcək onilliklərə hazır olmalıdır”. Qəzet yazır: “Son iki ildə Çin döyüş təyyarələri və döyüş gəmiləri ilə aqressiv hərbi əməliyyatlar, o cümlədən 100 mil genişlikdə Tayvan boğazında müntəzəm “naviqasiya azadlığı əməliyyatları” həyata keçirən ABŞ və müttəfiqlərinin hərbi gəmiləri ilə qarşıdurmalar həyata keçirib”.

//Samir Qurbanov, Editor.az