Heç kim Çinin Tayvana nəzarəti bərpa etməsinə mane ola bilməyəcək.
Editor.az bildirir ki, bu barədə Çin lideri Si Cinpin sentyabrın 28-də Pekində Çin Xalq Respublikasının yaranmasının 74-cü ildönümü münasibətilə keçirilən bayram tədbirində deyib ki Məlumatı Xarici İşlər Nazirliyinin mətbuat xidməti yayıb. Si Cinpin çıxışında “Vahid Çin” prinsipinin qorunmasının vacibliyini vurğulayıb.
“Vətənin tam birləşməsinə nail olmaq xalqın arzusu, zamanın tələbi və tarixi zərurətdir və heç bir qüvvə tərəfindən dayandırıla bilməz”, – ÇXR lideri deyib. O, həmçinin “Çin xalqının əsas maraqlarını” qorumağa, materik-ada əlaqələrinin sülh yolu ilə inkişafına kömək etməyə və Tayvanla inteqrasiyanı dərinləşdirməyə çağırıb.
//Samir Qurbanov, Editor.az

