Çinin xarici işlər naziri Avropa turnesinə çıxır: Almaniya, Fransa və Norveçə səfər edəcəkbackend

Çinin xarici işlər naziri Avropa turnesinə çıxır: Almaniya, Fransa və Norveçə səfər edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çinin xarici işlər naziri Qin Qanq bu həftə Avropa turnesinə çıxır.

Editor.az xəbər verir ki, bu barədə Pekin administrasiyası məlumat yayıb. Çin XİN rəhbərinin bazar ertəsindən cümə gününə kimi Almaniya, Fransa və Norveçə səfər edəcəyi açıqlanıb.

Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Venbin açıqlamasında bildirib ki, Qin üç ölkədən olan həmkarları ilə görüşəcək. “Almaniya xarici işlər naziri Annalena Baerbok, Fransa xarici işlər naziri Ketrin Kolonna və Norveçin xarici işlər naziri Anniken Huitfeldtin dəvəti ilə Qin mayın 8-12-də Almaniya, Fransa və Norveçə səfər edəcək”, – Vanq bildirib.

Almaniyanın xarici işlər naziri Annalena Baerbok ötən ay Pekinə səfəri zamanı Çindəki “insan haqları” məsələlərindən narahatlığını bildirmişdi və Tayvanla gərginliyin artmasının təhlükələri barədə xəbərdarlıq etmişdi. Qin ilə görüşdən sonra etdiyi çıxışda Baerbok Pekini ondan “Ukraynadakı müharibəni dayandırmağı” istəməyə çağırıb və Rusiya üzərində Çindən daha çox təsirə malik olan heç bir ölkənin olmadığını deyib.

//Gülnarə Abasova, Editor.az