Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində Çinin xarici işlər naziri Vanq Yi və Ukraynanın xarici işlər naziri Andriy Sibiqa arasında görüş keçirilib.
Van Yi Çin və Ukrayna arasında ənənəvi dostluq olduğunu bəyan edib. “Çin və Ukraynanı ənənəvi dostluq və çoxdan formalaşmış strateji tərəfdaşlıq birləşdirir. Ölkələr Ukrayna böhranının təsirini dəf edib və tədricən praktiki əməkdaşlığa başlayıblar”, – Çin Xarici İşlər Nazirliyinin saytında yerləşdirilən bəyanatda deyilir.
Van Yi ilin birinci yarısında ölkələr arasında ticarət dövriyyəsinin 17% artdığını bildirib. O, həmçinin bildirib ki, Pekin Ukraynadakı münaqişənin sülh yolu ilə həllini dəstəkləyir və Kiyevə yeni humanitar yardım paketi verməyə hazırdır.
//Samir Qurbanov, Editor.az