Çinin cənub-qərbində yerləşən Yunnan əyalətində torpaq sürüşməsi nəticəsində 40-dan çox insan yerin altında qalıb.
Editor.az bildirir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb. Məlumata görə, sürüşmə yanvarın 22-də, bazar ertəsi səhər saat 5.51-də Yunnan əyalətinin Çjaotonq şəhərinin Zhenxiong dairəsində baş verib.
Nəticədə bir neçə kəndə ziyan dəyib. “İlkin məlumatlara görə, 18 təsərrüfatdan 44 nəfər yerin altında qalıb”, – telekanal xəbər verir. Axtarış-xilasetmə işlərinə 200-dən çox xilasedicinin cəlb olunduğu dəqiqləşdirilir. Təbii fəlakət bölgəsindən 200-dən çox insan təxliyə edilib.
//Samir Qurbanov, Editor.az

